Xəbər lenti
Bütün xəbərlər

Uşu idmançımız dördqat Avropa çempionu oldu

  • 01 may 2019, 22:38
 
 
 
 
Azərbaycan idmançısı Elçin Eminov Moskvada uşu üzrə Avropa çempionatında qızıl medal qazanıb. Azərbaycan Uşu Federasiyasından verilən məlumata görə, üçqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı E.Eminov dörddəbir final mərhələsində rusiyalı idmançı Emil Kolaidini məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda serbiyalı idmançı Daniel Spolyarikə qalib gələn idmançımız həlledici mərhələdə gürcüstanlı Valeri Pekterevi məğlub edərək dördüncü dəfə Avropa çempionu olub. Yeniyetmələr arasında uşunun çinda növündə Fətəli İsmayılov (60 kq), gənclər arasında Seymur Həmidov (48 kq) və Hüseyn Şimiyev (90 kq) gümüş medal qazanıblar. Milli komandamızın üzvləri Vüsal Səfərov və Murad Dadaşov isə bürünc medal uğrunda görüşdə qalib gəliblər. 
Komandamız çempionatda federasiyanın prezidenti Azər Həsənsoyun rəhbərliyi altında mübarizə aparıb.
Oxşar xəbərlər