Xəbər lenti
Bütün xəbərlər

Emin Ağayev rus klubuna baş məşqçi getdi

  • 04 fev 2015, 19:51

Emin Ağayev baş məşqçi təyin olunub. Demokratik.Az-ın məlumatına görə, milli komandamızın sabiq üzvü Rusiyanın "Volqa" klubunu çalışdıracaq.



Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, bu gün klubun ofisində yeni baş məşqçi ilə müqavilə imzalanıb.

Emin Ağayev 2008-2011-cu illərdə "Volqa"da çıхış edib və 90 oyunda 2 qol vurub. 2011-ci ildə bu komandada karyerasını bitirən müdafiəçi 4 il sonra geri dönüb.

41 yaşlı veteran müdafiəçi karyerası ərzində Azərbaycanın "Neftçi", Rusiyanın "Anji", "Torpedo-ZİL", "Ximki", "Baltika", "Dinamo" (Bryansk), "Nosta" və "Nara-ŞBFR" klublarında çıхış edib. 1994-2005-ci illərdə millimizin formasını geyinən futbolçu 65 oyunda 1 qol vurub.

Məşqçi fəaliyyətinə 2011-ci ildə "Anji"də Hacı Hacıyevin köməkçisi kimi başlayan Ağayev 2011-2014-cü illərdə Kaspiysk "Daqdizel"inə rəhbərlik edib. Dağıstan klubu ötən yay aşağı dəstədə çıxışlarını dayandırmasından sonra həmyerlimiz bir müddət işsiz qalmışdı.

II divizionun Qərb zonasında çıxış edən "Volqa" qış fasiləsinə 15 komanda arasında 12-ci pillədə yollanıb. Klub rəhbərliyi 20 turda 21 хal toplayan komandanın baş məşqçisi Leonid Tkaçenkonu istefaya göndərib.

Qeyd edək ki, Ağayevin komandası hazırlıqlara fevralın 9-da start verəcək. Baş məşqçi tezliklə köməkçilərini müəyyənləşdirəcək.

 

Demokratik.Az

Oxşar xəbərlər