“Yuventus” və “Fiorentina” oyununu rekord sayda azarkeş izləyib

  • 27 mar 2019, 08:35

 

 

 

 

 

"Yuventus” və "Fiorentina”nın qadınlardan ibarət komandalarının oyununu stadionda rekord sayda azarkeş izləyib.

Demokratik.Az AZƏRTAC-a istinadənxəbər verir ki, Italiyanın "oasport.it’ saytına istinadla xəbər verir ki, ölkə çempionatı çərçivəsində Turinin "Alyans” stadionunda "Yuventus” və "Fiorentina”nın qadınlardan ibarət komandalarının qarşılaşmasına 40 min azarkeş baxıb.

Qeyd edək ki, turnir cədvəlində 1-ci və 2-ci yerləri bölüşdürən və bu görüşədək florensiyalıları 1 xal qabaqlayan "Yuventus” qarşılaşmadan 1-0 hesablı qələbə ilə ayrılaraq rəqibi ilə arasındakı xal fərqini 4-ə yüksəldib.

Oxşar xəbərlər