Xəbər lenti
Bütün xəbərlər

Azərbaycan idmançılarından möhtəşəm Novruz zəfəri - 25 medal

  • 21 mar 2019, 00:39

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə keçirilən Xüsusi Yay Olimpiya oyunları başa çatib.

Bu barədə Musavat.com-a Azərbaycan Xüsusi Olimpiya Komitəsinin vitse-prezidenti, millət vəkili Fazil Mustafa məlumat verib. Martın 14-dən etibarən oyunları izləyən millət vəkilinin sözlərinə görə, Azərbaycan idmançıları böyük uğura imza atıblar. Belə ki, idmançılarımız 6 qızıl, 10 gümüş və 9 bürünc (cəmi 25 medal-red.) medal qazanıblar. "Müqayisə üçün deyək ki, qonşu Gürcüstan idmançıları 2 qızıl, 2 gümüş, 2 bürünc medal, düşmən ölkə Ermənistan isə 2 qızıl və 1 bürünc medal qazanıb”-F.Mustafa əlavə edib. Beləliklə, idmançılarımız Novruz günlərində böyük zəfərə imza atıblar.

Növbəti Xüsusi Yay Olimpiya oyunları 2023-cü ildə Almaniyanın paytaxtı Berlində keçiriləcək.

Oxşar xəbərlər