Xəbər lenti
Bütün xəbərlər

"Trabzonspor" "Real"ın ulduz futbolçusunu transfer etmək niyyətindədir

  • 31 yan 2015, 16:42

 

 

"Trabzonspor" ulduz futbolçunu transfer etmək niyyətindədir.

Türkiyə təmsilçisi "Real Madrid"in tunis əsilli oyunçu Sami Xediranı almaq istəyirlər.

İngiltərənin "Daily Star" qəzetinin iddiasına görə, İspaniyanın "Real Madrid" klubu futbolçu ilə yollarını ayırmaq niyətindədir. Futbolçunu "Arsenal", "Çelsi", "Liverpul" və "Mançester Yunayted" kimi klublar da heyətinə qatmaq istəyir.

"Trabzonspor" isə futbolçunu transfer etmək üçün yaxşı bir təklif hazırlayır. Xedira isə klubunda qalmaq istəyir:

"Klubumla müqaviləmi yeniləmək istəyirəm. Komandada yenidən oynayacağıma inanıram", - deyə futbolçu bildirib.