Xəbər lenti
Bütün xəbərlər

“Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlir

  • 17 fev 2019, 15:20

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun son 2 oyunu keçiriləcək.

İlk oyunda "Səbail" "Sabah"ı qəbul edəcək.

Turun mərkəzi oyununda isə "Qarabağ" "Qəbələ" ilə üz-üzə gələcək.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada hər iki kollektiv üçün qələbə vacib əhəmiyyət kəsb edir. Belə ki, ilk oyun günündə "Neftçi" "Zirə" ilə səfər matçında qolsuz heç-heçə edərək cəmi 1 xalla kifayətlənib. Bu mənada hazırda 34 xalla 2-ci pilləni tutan Ağdam komandası üçün qələbə liderlə xal fərqinin minimuma enməsinə səbəb ola bilər.

Cəmi 23 xala malik "Qəbələ"yə gəlincə, o hazırda çempionluq yox, 3-cü pillə uğrunda mübarizə aparır. Bunun üçün isə ən azı səfər matçında qalib gəlmək lazımdır.

Qeyd edək ki, "Səbail" - "Sabah" oyunu saat 15:00-da, "Qarabağ" - "Qəbələ" matçı isə 16:30-da start götürəcək.

Hər iki qarşılaşma "CBC Sport" telekanalında canlı yayımlanacaq.

Oxşar xəbərlər