Ronaldo daha bir rekorda imza atıb

  • 03 yan 2019, 01:03

İtaliyanın "Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun "İnstaqram”ını 150 milyondan çox insan izləyir.

Trend-in məlumatına görə, 32 yaşlı futbolçu "İnstaqram”da 150 milyondan çox izləyicisi olan yeganə insandır.

"İnstaqram”da izləyici sayına görə ikinci yerdə müğənni Selena Qomes (144,5 milyon), üçüncü yerdə isə müğənni Ariana Qrandedir (141,3 milyon).

K.Ronaldodan əlavə "İnstaqram”da futbolçular arasında 100 milyondan çox izləyicisi olanlar Fransanın "PSJ” klubunun braziliyalı hücumçusu Neymar (108,9 milyon) və İspaniyanın "Barselona” klubunun argentinalı hücumçusu Lionel Messidir (105,1 milyon).

Oxşar xəbərlər