“Real” “Mançester Siti”yə, “Yuventus” “Lion”a uduzdu

  • 28 fev 2020, 10:28
Çempionlar Liqasında 1/8 finalın ilk oyunlarına yekun vurulub.
Demokratik.Az bildirir ki, son oyun günündə iki görüş keçirilib. Əsas diqqətlər Madirdə yönəlib. Burada “Real” “Mançester Siti”i qəbul edib. Hesabı meydan sahibləri açsa da, qonaqlar 4 dəqiqəyə 2 qol vuraraq əzmkar qələbə qazanıb.
Günün digər qarşılaşmasında isə “Yuventus” “Lion”un  qonağı olub. Turin klubu səfər matçında minimal hesabla uduzub.
Qeyd edək ki, bu mərhələnin cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək.
26 fevral
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
00:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 1:2
Qol:
İsko, 60 (1:0), Qabriel Jesus, 78 (1:1), De Brüyne, 82-pen. (1:2)
Qırmızı vərəqə: Serxio Ramos, 86 (“Real”, birbaşa qırmızı vərəqə)
Baş hakim: Daniele Orsato (İtaliya)
“Santyaqo Bernabeu” stadionu
00:00. “Lion” (Fransa) – “Yuventus” (İtaliya) – 1:0
Qol:
Tousart,31
Baş hakim: Jesus Gil Manzano (İspaniya)
“Olimpik Lion” stadionu
25 fevral
“Çelsi” – “Bavariya” – 0:3
“Napoli” – “Barselona” – 1:1
20 fevral
“Atalanta” – “Valensiya” – 4:1
“Tottenhem” – “Leyptsiq” – 0:1
19 fevral“Atletiko” – “Liverpul” – 1:0
“Borussiya” – PSJ – 2:1
Oxşar xəbərlər