DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU

  • 15 iyul 2018, 22:47

Bu gün Rusiyada keçirilən XXI dünya çempionatına yekun vuruldu.

Çempionatın son qarşılaşmasında Fransa və Xorvatiya milliləri birinci yer uğrunda mübarizə aparırb. Qeyd edək ki, Xorvatiya millisi tarixdə ilk dəfə finala kimi gəlib çıxsa da çempion ola bilməyib. Final oyunu 4-2 hesabla Fransızların qələbəsi ilə başa çatıb.

Oyun Moskvada "Lujniki” stadionunda keçirilib. Matçı Argentinalı hakim Nestor Pitana idarə edib.

Qollar: Mancukiç, 18 (avtoqol), Qrizman, 38 (pen.), Poqba, 59, Mbappe, 65 - Perişiç, 28, Mancukiç, 69

Qeyd edək ki, komandalar meydana aşağıdakı tərkibdə çıxıb:

Fransa: Lloris, Pavar, Varan, Umtiti, Ernandes, Kante, Poqba, Matyuidi, Qrizmann, Jiru, Mbappe

Baş məşqçi: Didye Deşam

Xorvatiya: Subaşiç, Vrsalko, Striniç, Lovren, Vida, Rakitiç, Modriç, Brozoviç, Perişiç, Rebiç, Mandzukiç

Baş məşqçi: Zlatko Daliç

Oxşar xəbərlər