Demokratik TV
Qırmızı kart əvəzinə güllə: “Gəbər”
2014-cü ildə Cənubi Afrika Respublikasının milli futbol komandasının, həmçinin "Orlando Payrets" klubunun qapıçısı Senzo Meyiva sevgilsinin evinə quldur basqını zamanı güllələndi.

Tipik hadisə...
Lakin mərhum milli futbol komandasının qapıçısı, tanınmış futbolçu idi. Hadisə baş verən kimi bu haqda dünyanın bütün kütləvi informasiya vasitələri xəbər yaydılar.
Bəlkə də, Senzo Meyiva elə sevgilisinin güdazına gedib. Onun sevgilisi Canubi Afrika Respublikasında şou-biznesin üzdə olan isimlərindən biri, müğənni Kelli Kxumalo olub. Evli futbolçu ilə müğənninin romanı çoxlarının xoşuna gəlmirdi. Hər halda, istintaq bunu araşdıracaq. İndi bu barədə bir söz demək çətindir.
"Qol" "qol" - "gəbər"
1994-cü ilin Dünya Çempionatında Eskobar öz qapısına avtoqol vurdu. Bundan sonra Kolumbiya millisi növbəti mərhələyə keçmək şansını itirdi.
10 gündən sonra futbolçu doğma Medelyin şəhərində, öz şəxsi avtomobilində güllələndi.
Polis qatillərdən birini – Umberto Munosa Kastronu həbs etdi. Şahidlərin sözlərinə görə, Umberto futbolçuya 12 dəfə atəş açmışdı. O, hər tətiyi çəkəndə də "qol", "qol" deyə bağırırmış.
Kastroya 43 il həbs cəzası verdilər. Sonra həbs müddətini 26 ilə saldılar. Lakin 10 il tamam olanda onu nümunəvi davranışa görə həbsxanadan azad etdilər.
Qatil hakim
1970-ci illərdə buna oxşar hadisə Argentinada baş vermişdi. "Huventud" və "General Kabelyero" klublarının oyunu zamanı hakim yerli komandanın oyunçusuna qırmızı kart göstərdi. Futbolçu buna etiraz edərək yumruqlarını havada yellədi. O, hakimin üstünə cumanda heç kimin gözləmədiyi hadisə baş verdi. Hakim qırmızı kartı cibinə qoyub, o biri cibindən tapança çıxardı və on minlərlə tamaşaçının gözü qarşısında futbolçunu güllələdi. Hakim tapança əlində stadionu tərk etdi. Fanatlardan heç kim ona hücum etməyə ürək etmədi. Polis qatil hakimin axtarışına çıxdı. Lakin ölən futbolçunun qardaşı hakimi polisdən daha tez taparaq onu güllələdi.
2009-cu ildə Bağdadda həvəskar "Hillah" və "Sinyara" komandaları arasında gərgin matç gedirdi. "Sinyara" komandası 1-0 irəlidə idi. Oyunun 90-cı, yəni sonuncu dəqiqəsində "Hillah"ın hücumçusu rəqib qapıçı ilə təkbətək çıxdı. Qol vurulsa, hesab bərabərləşəcəkdi. Lakin hücumçu qol vura bilmədi. "Sinyara" fanatlarından birinin atdığı güllə onun həyatına son qoydu.
Karyeranı bitirəndən sonra...
Səhəri gün futbolçunun arvadı evlərinin qapısının ağzında ərinin kəsilmiş başını idman çantasından tapdı. Gözləri çıxarılmış, dili yerindən qoparılmışdı. Tezliklə, polis onun cəsədini tapdı.
2003-cü ilin yanvarında isə Moskvada, Dmitriyevski şossedə "Torpedo" komandasının keçmiş forvardı Yuri Tişkov öldürüldü. İstedadlı hücumçu zədə ucbatından karyerasını tez başa vurmuşdu. Futbol karyerasına son qoyduqdan sonra "RTR" kanalında şərhçi kimi çalışırdı. Onu bıçaq zərbələri ilə öldürdülər.
