Braziliya millisinin düşərgəsinə dron buraxılıb

  • 25 may 2018, 13:31

Rusiyadakı dünya çempionatına hazırlaşan Braziliya milli komandasının məşq meydanına dron daxil olub.

 

"Report"un "Globoesporte"yə istinadən verdiyi məlumata görə, pilotsuz uçuş aparatına qələm, Braziliya bayrağı və Neymardan avtoqraf verməsi xahişi bərkidilib. Yığmanın təhlükəsizlik xidməti dronu və polisə təhvil verib.

 

Qeyd edək ki, Braziliya millisi dünya çempionatında İsveçrə, Kosta-Rika və Serbiya ilə birgə E qrupunda mübarizə aparacaq.

Oxşar xəbərlər