"Belə davam etsə, "Milan"ı geri alacam" - Berluskoni

  • 27 apr 2018, 15:02

"Milan”ın sabiq sahibi Silvio Berluskoni komandanın qeyri-sabit çıxışına münasibət bildirib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, iş adamı belə davam edəcəyi təqdirdə klubu geri alacağını söyləyib: "Çoxları məndən "Milan”ı satmağımın səbəblərini soruşur. Hətta onlar bu gün baş verənlərə görə məni günahlandırırlar. Etiraf edirəm ki, əgər belə davam etsə, gec-tez klubu geri alacam”.

Qeyd edək ki, İtaliya klubunun səhmləri ötən ilin aprelində Çin şirkətinə satılmışdı.

Demokratik.Az

Oxşar xəbərlər