Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi

  • 14 fev 2018, 11:29

2018-ci ilin ilk UEFA reytinqi açıqlanıb.

Qol.az-ın məlumatına görə, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk iki matçı və Avropa Liqasının bir qarşılamasının nəticəsi ölkəmizin mövqeyinə təsir etməyib. Avrokuboklar mövsümünü başa vuran Azərbaycanın 19.125 xalla 23 pillədə qərarlaşıb.

Rusiyanın MOİK klubu ilə ev oyununda qolsuz heç-heçə edən "Srvena Zvezda” Serbiyanın aktivinə 0.250 xal qazandırıb. Bununla da 26-cı olan balkanlılar Azərbaycanla fərqi azaldıb. Hazırda Serbiya ölkəmizdən 0.875 xal geri qalır.

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsveçin 19.475 xalı var.

Oxşar xəbərlər