Xəbər lenti
Bütün xəbərlər

Azərbaycan klubu Almaniyada qələbə qazandı

  • 13 noy 2014, 09:25
Qadın voleybolçular arasında CEV Kubokunun 2014/15 mövsümə start verilib.

ANS PRESS-in məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində "İqtisadçı"nın fəaliyyətini dayandırmasından sonra Azərbaycanı təmsil edən yeganə komanda olan "Lokomotiv" səfərdə meydana çıxıb.

Ardıcıl ikinci dəfə bu turnirdə çıxış edən "dəmiryolçular” mübarizəyə 1/16 final mərhələsi çərçivəsində Almaniyanın "Rote Raben” klubunun qonağı olub. Oyun təmsilçimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

CEV Kuboku
1/16 final
İlk oyun

12 noyabr
Rote Raben (Almaniya) - Lokomotiv (Azərbaycan) 0:3 (17:25; 24:26; 22:25)
Hakimlər: İlaria Vaqni (İtaliya), Saevar Mar Qudmundsson (İslandiya).
Filsbiburq. Top Oyunları Sarayı.

 
Mənbə
ANSPRESS