Millimiz Avropa çempionudur!

  • 07 noy 2017, 07:42

Azərbaycanın kişilərdən ibarət yığma komandası Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatında bu gün sonuncu görüşünü keçirib.

Demokratik.Az xəbər verir ki, şahmatçılarımız həlledici – 9-cu turda Ukrayna millisi ilə qarşılaşıblar. Komandamız qalib gələcəyi halda vahid liderliyini qorumaqla çempionu olacaqdı. Lakin bu görüş heç-heçə başa çatıb – 2:2.

Əsas izləyicimiz Rusiya isə son turda Almaniyaya qalib gəlib. Bu üzdən də Azərbaycan və Rusiya yığmaları AÇ-ni eyni – 14 xalla başa vurub.

Beləliklə, Azərbaycan millisi Avropa çempionu adını qazanıb. Bu, millimizin qitə birinciliyində üçüncü belə uğurudur!

Azərbaycan – Ukrayna 2:2
Şəhriyar Məmmədyarov – Pavel Elyanov 0,5:0,5
Teymur Rəcəbov – Yuri Krivorukço 0,5:0,5
Arkadi Naydiç – Ruslan Ponomaryov 0,5:0,5
Rauf Məmmədov – Yuri Kuzubov 0,5:0,5

Demokratik.Az

Oxşar xəbərlər