Boksçumuz erməniyə qalib gəldi və Avropa çempionu oldu

  • 29 okt 2017, 12:31

Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyinə yekun vurulub.

Virtualaz.org-un məlumatına görə, Azərbaycan millisi yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Məhəmməd Abdullayev (+91 kq) bütün görüşlərini qələbə ilə bitirib və finala kimi 3 qarşılaşmasını nokautla başa vurub. Həlledici döyüşdə isə erməni əsilli Yunanıstan idmançısı Vaqkan Nanitzanyana 4:1 hesabı ilə qalib gələrək, qızıl medala sahib olub.

Millimizin digər üzvləri-Amina Kuşkova (75 kq) Avropa birinciliyini gümüş, Həsən İbrahimov (49 kq) və Surət Qarayev (81 kq) isə bürünc medalla başa vurublar.

Demokratik.Az

Oxşar xəbərlər