“Gəncə Marafonu-2017”nin qalibləri

  • 17 sen 2017, 12:12

Heydər Əliyev Fondunun təşəbüsü ilə keçirilən "Gəncə Marafonu-2017"nin qalibləri məlum olub.

 


"Report"un Qərb bürosu xəbər verir ki, marafonda kişilər arasında finiş xəttini ilk olaraq Türkiyə vətəndaşı Üzeyir Söyləməz keçib.

İran vətəndaşı Məhəmməd Cəfər Muradi ikinci, Gürcüstan vətəndaşı Bayteyev Ömər isə üçüncü olub.

Qadınlar arasında birinci yeri ukraynalı Valentina Bazostva tutub. Finişə ikinci Azərbaycan vətəndaşı Anna Yusibova, üçüncü isə Britaniya təmsilçisi Nataşa Petersen çatıb.

Marafonda ümumilikdə 11 min nəfər iştirak edib və onlar 17 km məsafə qət ediblər.
 
Demokratik.Az
Oxşar xəbərlər