Ramil Quliyev Berlində ikinci oldu

  • 28 avq 2017, 09:12

Türkiyə atletika tarixinin ilk dünya çempionu olan azərbaycanlı Ramil Quliyev Berlində keçirilən ISTAF Oyunlarında gümüş medal qazanıb.

 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, yüngül atlet kişilər arasında 100 metr məsafəyə qaçış üzrə yarışı 10.09 saniyəlik nəticə ilə ikinci sırada tamamlayıb.

 

Müsabiqəni yamaykalı Julian Forte (9.91) qazanıb. Böyük britaniyalı Adam Gemili isə 10.10 saniyəlik nəticə ilə 3-cü olub.

Oxşar xəbərlər