Almaniyanın ən yaxşı futbolçusu odur

  • 24 iyul 2017, 09:09
Almaniyada ötən mövsümün ən yaxşıları bəlli olub.

Apasport.az saytının məlumatına görə, "Bavariya”nın heyətində ötən mövsüm karyerasını başa vuran Filipp Lam Almaniyada ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

"Kicker” nəşrində 885 idman jurnalisti arasında keçirilən sorğuda sabiq futbolçu 242 səs toplamaqla hamını qabaqlayıb.

Anketdə 192 səslə "Real”dan Toni Kroos 2-ci, 120 səs yığan "Borussiya”nın qabonlu forvardı Pyer-Emerik Obameyanq isə 3-cü olub.

İlin ən yaxşı baş məşqçisi "Hoffenhaym"ın 30 yaşlı çalışdırıcısı Yulian Naqelsman seçilib.
Oxşar xəbərlər