Gəncədə qızlar arasında velosiped yarışı keçiriləcək

  • 29 iyun 2017, 21:27

Gəncəçay Park Bulvar Kompleksinin rəisi Rüstəm Bağırovun ganjanews.az-a verdiyi məlumata əsasən yarışda ali və orta ixtisas müəssisələrinin tələbələri iştirak edəcək. İyul ayın 7-də keçiriləcək yarışa respublikanın müxtəlif ali təhsil ocaqlarında oxuyan gəncəli qızlar da qatıla bilər.

 

Yarışın təşkilatçısı Gəncəçay Park Bulvar Kompleksidir və iştirakçıların qeydiyyatı bulvarın girişində aparılır. İştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsini təqdim edərək qeydiyyatdan keçməlidirlər. Qeydiyyat başa çatdıqdan sonra təşkilatçıların yarış öncəsi iştirakçılarla görüşü olacaq.

Rüstəm Bağırov bildirib ki, yarışın məqsədi velosiped idman növünü inkişaf etdirmək, gənc qızlar arasında sağlam həyat tərzinin təbliğidir. İdarə rəisinin sözlərinə görə yarışdan öncə yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçiriləcək.

Tədbir konsert proqramı ilə yekunlaşacaq. Yarışda 1, 2 və 3 yeri tutan qaliblərə Gəncəçay Park Bulvar Kompleksi adından mükafatlar təqdim olunacaq. 

Oxşar xəbərlər