"Formula 1" yarışlarına bir gün qaldı

  • 22 iyun 2017, 16:08

23-25 iyun tarixlərində Bakıda keçiriləcək "Formula 1" Azərbaycan Qran Prisi yarışlarına bir gün qaldı.

Musavat.com xəbər verir ki, "Formula 1" yarışlarına hazırlıq işləri aparılır. Pit-stop olan ərazidə "Formula 1" komandaları yerlərini tuturlar, texniki avadanlıqların quraşdırılması prosesi gedir.

"Hilton" oteldə yarışları işıqlandırmaq üçün media nümayəndələrinə yüksək səviyyədə şərait yaradılıb. Burada onlar yarışları canlı izləyə və nəticələr haqqında birbaşa məlumat ala biləcəklər.

Media üçün ayrılan xüsusi yerlər indidən dolmağa başlayıb. Hazırda xarici jurnalistlərin sayı yerli jurnalistlərdən daha çoxdur.

Tanınmış televiziyalar, qəzet və jurnallar artıq pit-stopda aparılan hazırlıq işlərini işıqlandırırlar.

Qeyd edək ki, "Yeni Müsavat" qəzetinin iki əməkdaşı da yer alır. 

Musavat.com "Formula 1" yarışlarına hazırlıq prosesindən fotoları təqdim edir.

Demokratik.Az

Oxşar xəbərlər