Dünya Çempionatı 2022 yayda yox, qışda keçiriləcək

  • 21 okt 2014, 20:09
FIFA prezidenti Yozef Blatter 2022-ci il dünya çempionatının yay ayılarında yox, qışda keçiriləcəyini bəyan edib. 

Demokratik.Az-ın məlumatına görə, qərar yay vaxtı Qətərdə dözülməz istilərin olmasına bağlıdır. 

Oyunlar noyabr-dekabr aylarına təyin ediləcək. 

Dünya Çempionatına müvafiq milli çempionatların da qrafiki dəyişdiriləcək.