Romario Maradona və Messidən güclüdür?

  • 02 may 2017, 21:51

Braziliya futbolunun canlı əfsanəsi Romario iddialı açıqlama verib.

Qol.az-ın məlumatına görə, ölkə mətbuatına danışan veteran hücumçu Maradona və Messidən daha yaxşı oyunçu olduğunu deyib:

"Səmimi deyirəm ki, Messi və Maradonadan daha yaxşı futbolçu idim. Hazırda isə "Barselona"da və milli komandada uğurlu çıxışlarına görə Neymar ən yaxşı futbolçudur. Messi dünyanın ən yaxşısı olması üçün milli komanda ilə dünya çempionu olmalıdır".

Qeyd edək ki, Romario Braziliya millisi ilə 1994-cü ildə dünya çempionu olub.

Oxşar xəbərlər