“Qalatasaray” hücumçu alır

  • 31 mart 2017, 19:46
Türkiyənin "Qalatasaray” klubu heyətinə yeni hücumçu cəlb edir.

Qol.az-ın "Hürriyet”ə istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi Çinin "Quançao Everqrand” klubunun futbolçusu Cekson Martinezlə danışıq aparır.

Çin klubu ilə 2019-cu ilə qədər müqaviləsi olan 30 yaşlı futbolçunun Avropada çıxış etmək istədiyi bildirilir.  "Qalatasaray” Martinezi 1 illik icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, "Atletiko” və "Portu” klublarda çıxış etmiş forvard Kolumbiya millisinin üzvüdür.
Oxşar xəbərlər