FİFA Messiyə ağır cəza verdi

  • 28 mart 2017, 20:56
FİFA Argentina millisinin kapitanı Lionel Messini  cəzalandırıb.

29 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsində Çiliyə qarşı matçda yan xətt hakiminin həm özünü, həm də anasını söydüyü üçün 4 oyunluq cəzaya məruz qalıb. Bundan başqa ona  10 min İsveçrə frankı dəyərində cərimə kəsilib.

Qeyd edək ki, "Barselona”nın hücumçusu cəza səbəbindən DÇ-2018-in seçmə mərhələsinin yalnız son oyununda meydana çıxa bilər.

qol.az
Oxşar xəbərlər