Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ veriləcək

  • 05 may 2022, 15:06
Dünən Maripoldakı rus qoşun bölmələrinin "Azovstal"da bunkerlərin birinə yol taparaq hücum etmələri xəbəri yayıldı. Bir sutkadan artıq müddətdə Ukrayna xüsusi təyinatlılarl ilə əlaqənin kəsilməsi, müxtəlif şaiyələrin yaylmasına səbəb oldu. Dünən axşam nəhayət ki, ərazidəki hərbiçilərlə əlaqə bərpa edilib, döyüşçülərin Rusiya hərbiçilərini növbəti dəfə geriyə qaçmağa məcbur etdiyi təsdiqlənib.
Təbii ki, bütün dünyanı heyran edən bu cəngavərlərin nəyin hesabına bu qədər duruş gətirməsi maraq doğurur. Məsələ ondadır ki, uzun müddət bütünlükdə şəhəri qoruyan bu qəhrəmanlar, hərb elminin qaydalarına görə hər şeyi hesablamışlar. Hələ döyüşlərdən öncə, geri çəkiləcəkləri labüd olacağı təqdirdə sığınacaq kimi "Azovstal" nəzərdə tutulub. Ona görə də vaxtında zavodun bunkerlərinə bir neçə aylıq azuqə və digər ehtiyatlar yığıllıb.
11min kv. km. əraziyə malik, 14 minlik işçisi olan "Azovstal"  ötən əsrdə sovet- alman müharibəsindəki dağıntılardan sonra 50-ci illərdə tam bərpa edilib. O dövr isə atom müharibəsi təhlükəsi real olduğu üçün komleksin sexlərinin altında bəziləri hətta nüvə silahına dözüm gətirəcək bunkerlər inşa edilib.(SSRİ-dəki bütün strateji obyektlər kimi) Tabii ki, bukerlərin 1-ci və 2-ci kateqoriyaları vardır. Layihəyə görə ən dözümlü iki bunkerdə 1780 nəfər sərbəst yerləşə bilir. Bundan başqa lazaret, içməli su quyusu, avtonom vəziyyətdə işləyən, bütün bunkeri təmin edə biləcək elektrik dəzgahları vardır. İLON MASK elekrton şirkəti VSU-ya 200 ədəd modem hədiyyə edib. Məhz bu və digər səbəblərdən Azovçuların rabitə, hətta vizual rabitə ilə problemi yoxdur. Fikirimizcə hələ öndəki aylarda, şəhər müdafiəsində olarkən mərkəzlə quru və hava əlaqəsi mövcud olub, ordakı ehtiyyatdan əlavə lazımı qədər sursat çatdırılıb.
Ərdoğanın bilavasitə köməyi, Quterroşun təşəbbüsü sayəsində iki gün ərzində baş tutan atəşkəs nəticəsində bombardmandan qaçıb bura sığınan 156 mülki şəxs BMT əməkdaşlarının iştirakı ilə Zaporojye istiqamətinə təxliyyə edilib. Zənnimcə bu əməliyyatdan rus kəşfiyyatı yararlanaraq sığınacağın müəyyən istiqamətlərini təsbit edib, atəşkəs rejimini xaincəsinə pozaraq oraya hücum edib. Göründüyü kimi, bu əməlliyat da Rusiya üçün uğursuz olub. Ona görə də mayın 5-dən, 7-nə qədər tərəflər arasında yenidən atəşkəs razılaşması əldə edilib və bu gündən  BMT-nin xətti ilə mülkilərin təxliyyəsi davam etdiriləcək. Rus tərəfinin qəddarlığından bu təxliyyə döyüşçülərə, hətta yaralılara belə şamil edilmir.
Putinin Şoyquya, ərazini mühasirəyə alın, atəş etməyin tapşırığı isə, elə televiziya üçün imiş. Çünki o vaxtdan indiyədək, Azovstala havadan və artilleriyadan bomba yağdırılması dayanmayıb. Təhlükəsiz Şurasındakı beş ölkədən biri olan, amma BMT baş katibini Kiyevdə raket atəşinə tutmaqdan çəkinməyən bir ölkədən ayrı nə gözləyəsən ki...
Tərlan Eyvazov
Hərbi ekspert

Oxşar xəbərlər