Aydın Mirzəzadə: “Diaspor nümayəndələrimiz Azərbaycana bağlılıqlarını nümayiş etdirdilər”

  • 18 iyul 2020, 23:59
“Ermənistanın Tovuz bölgəsi istiqamətindən Azərbaycana hərbi provokasiyası zamanı xaricdə yaşayan həmvətənlərimizin müstəqilliyimizi yüksək səviyyədə dəstəkləməsi xalqımızın diqqətini çəkdi”.
“Demokratik.Az” xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
“Dəyərli həmvətənlərimiz daha çox ölkədə, daha çox insan izdihamı ilə doğma vətəni müdafiə etmələri, yaşadıqları ölkə icitimaiyyətini Ermənistanın məkrli siyasəti barədə məlumatlandırmaqları hər birimizdə qürur hissi doğurdu.
Diaspor nümayəndələrimiz yaşadıqları ölkənin layiqli vətəndaşları olmaqla yanaşı Azərbaycana bağlılıqlarını da çox bariz nümayiş etdirdilər. Nümüayişçilərin içərisində çox sayda gənclərimiz var idi, onların Azərbaycanı müdafiə etməyi özlərinə bir şərəf və mənəvi borc bildikləri açıq görünürdü.
Var olun, əziz bacı və qardaşlarımız, əziz gənclərimiz, sizləlrlə fəxr edrik, sizlər adımız və qürurumuzsunuz”-deyə, millət vəkili bildirib.
Oxşar xəbərlər