Demokratik TV
Xəbər lenti
“Admiral Kuznetsovu” 50 NATO gəmisi müşayiət etdi
- 14 fev 2017, 12:49
Suriya səfəri zamanı Rusiyanın "Admiral Kuznetsov” təyyarədaşıyan gəmisini 50 NATO gəmisi müşayiət edib.
Axar.az xəbər verir ki, bunu "Arqumenti i Faktı” qəzetinə müsahibəsində "Admiral Kuznetsov” gəmisinin komandiri Sergey Artamonov söyləyib.
"Xarici donanmalar təbii ki, bizə maraq göstərirdilər. Bütün səfərimiz zamanı yanımızda 50-60 NATO gəmisi olub. Müəyyən yerlərdə isə (məsələn, Norveç dənizindən Aralıq dənizinin şərq hissəsinə qədər) bizim qrupu eyni anda 10-11 gəmi müşayiət edirdi. Belə diqqət bizdə həm təəccüb, həm də fəxr hissi yaradırdı. Demək ki, bizim gücümüzü hiss edir, Hərbi Dəniz Donanmamızla hesablaşırlar”, – deyə o bildirib.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti