Sərkisyan əleyhdarları memorandum imzaladılar - FOTOLAR

  • 13 fev 2017, 18:00

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan, sabiq xarici işlər naziri, "Birlik” Partiyasının lideri Vardan Oskanyan və ölkənin ilk xarici işlər naziri, "İrs” Partiyasının rəhbəri Raffi Ovannisyan fevralın 13-də parlament seçkilərində birgə iştirak məqsədilə memorandum imzalayib.

Bununla bağlı musavat.com erməni mediasına istinadən xəbər verir.

Razılaşdırılmış sənəddə ölkədə insan hüquqlarının qorunması, vətəndaş cəmiyyətinin inkişafı, şəxsi ambisiyaların bir kənara qoyulması, dövlətin maraqlarının müdafiəsi, ölkənin mövcud çətinliklərdən çıxarılması üçün siyasi və ictimai güclərin birləşdirilməsi, parlament seçkilərinin əhəmiyyəti və s. məsələlərdən bəhs olunub.

Sonda qeyd olunub ki, memorandum siyasi qüvvələr, ictimai təşkilatlar və vətəndaş hərəkatı üçün açıqdır. Razılaşmanı imzalayanlar bununla əlaqədar təkcə Ermənistan ictimaiyyətinə deyil, həm də işğal altındakı separatçı rejimə, qondarma "Dağlıq Qarabağ Respublikası”na da mesaj veriblər ki, bu da seçkiqabağı xal toplamağa xidmət edir.

Qeyd edək ki, ABŞ-ın keçmiş vətəndaşları olan V.Oskanyan və R.Ovannisyan xarici ölkələrlə diverfikasiyalı münasibətlər qurmağı zəruri sayır. Həmçinin Ovannisyan Ermənistanı Rusiyanın vassalı olmaqdan qurtarmaq üçün münasibətlərə yenidən baxmağı təklif edir.

Bir neçə gün əvvəl "İrs”in bu bloka qoşulması səbəbindən Viktor Dallakyanın sədri olduğu "Üçüncü respublika” Partiyası bu güc mərkəzindən uzaqlaşıb. Hər halda prezident Serj Sərkisyanın seçkiöncəsi çətin sınaqlarla üz-üzə qalacağı barədə təxminlər özünü doğruldur.

Cavid TURAN,

Oxşar xəbərlər