Xəbər lenti
Bütün xəbərlər

Obama yanvarın 10-da vida nitqi ilə çıxış edəcək

  • 03 yan 2017, 22:11

Amerika Birləşmiş Ştatalarının Prezidenti (ABŞ) Barak Obama yanvarın 10-da vida nitqi ilə çıxış edəcək. Xəbəri bazar ertəsi Amerikanın «CNN» telekanalı yayıb.

Prezident bəyan edib ki, millətə təşəkkür edəcək və son 8 ildəki müsbət dəyişikliklərdən danışacaq.

«Mən, sizlərə təşəkkür etmək üçün, son 8 ildə ölkədə baş vermiş müsbət dəyişikliklərdən söz açmaq və gələcəkdə hansı istiqamətdə hərəkət etmək lazım olduğu barədə fikirlərimi bölüşmək üçün bunu bir imkan kimi qəbul edirəm. 2009-cu ildən bəri biz, çoxsaylı çətinliklərlə üzləşmişik və onlar bizi yalnız güclü ediblər»-deyə, telekanal dövlət başçısının bəyanatından bir parçanı sitat gətirir.

Bununla bərabər, Obama qeyd edib ki, onun çıxışı ənənəvidir və əsası 220 il bundan əvvəl Corc Vaşinqton tərəfindən qoyulub.

Xatırladaq ki, Obama öz səlahiyyətlərini rəsmi olaraq, ölkənin 45-ci Prezidenti Donald Trampa 2017-ci il yanvarın 20-də ötürəcək.

Oxşar xəbərlər