Trampın inauqurasiyası ilə bağlı təhlükə var

  • 28 dek 2016, 22:51
ABŞ polisi və xüsusi xidmət orqanları ölkənin yeni prezidenti Donald Trampın andiçmə mərasimində iğtişaşların ola biləcəyindən narahatdır.

Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "New York Times" nəşri yazıb.
Məlumata görə, xüsusi xidmət orqanları seçkilərin nəticələrinə tərəfdar və əleyhdar olan qruplar arasında toqquşmaların baş verəcəyini ehtimal edirlər. Eyni zamanda hüquq-mühafizə orqanları daxili və xarici ekstremistlərin də həmin vaxt fəallaşacağını mümkün hesab edirlər.

Yanvarın 20-də Vaşinqtonda baş tutacaq inauqurasiya mərasimində təhlükəsizliyin təmin edilməsi üçün 100 milyon dolların xərclənməsi üçün nəzərdə tutulub.
 
Demokratik.Az
Oxşar xəbərlər