Demokratik TV
Xəbər lenti
Suriyaya uçan Rusiya təyyarəsinin partladıldı?
- 25 dek 2016, 15:07
Rusiya Müdafiə Nazirliyinin Suriyaya uçarkən bu gün səhər saatlarında Soçi yaxınlığında Qara dənizə düşən Tu-154 təyyarəsinin partladılması versiyası araşdırılır.

Mənbə əlavə edib ki, terror aktı ehtimalı hələlik ancaq versiyadır. Bu versiya təyyarənin qara qutusunun deşifrəsindən sonra ya rədd ediləcək, ya təsdiqlənəcək.
Bundan əvvəl Rusiya KİV-ləri xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən hadisədə terror versiyasının istisna edildiyini, təyyarənin ya texniki səbəblər, ya pilot səhvi üzündən qəzaya uğradığının təxmin olunduğunu bildirmişdi.
Lakin Rusiya Müdafiə Nazirliyi bildirib ki, təyyarənin komandiri olduqca təcrübəli, peşəkar təyyarəçi olub. Pilot səhvi istisnadır.
Məlum olub ki, həmin Tu-154 təyyarəsi ötən ilin sentyabrında Rusiyanın Suriyaya qəfil hərbi müdaxiləsi zamanı bu ölkənin Hava-Kosmik Qüvvələrinin Su-30, Su-35 və Su-24 təyyarələrindən ibarət dəstəsinin Hmeymim aviabazasına uçuşlarına rəhbərlik edib. Təyyarə qırıcıların önündə Xəzər dənizi üzərindən uçaraq dəfələrlə Suriyaya gedib.
Qeyd edək ki, dispetçerlə ekipaj arasında sonuncu radio danışıqlarına əsasən uçuş normal keçir. Dispetçer uçuşun 20-ci dəqiqəsində komandirə hava şəraiti, küləyin sürəti və s. barədə məlumat verir, ancaq qəfildən təyyarə ilə əlaqə kəsilir. Komandir təyyarədə qəza vəziyyətinin yaranmasına dair hər hansı məlumat vermir.
Qara dənizə düşən təyyarənin göyərtəsində 9 jurnalist, biri general olmaqla 8 hərbçi, Müdafiə Nazirliyinin Aleksandr adına mahnı və rəqs ansamblının 64 üzvü, o cümlədən iki federal mülki vəzifəli şəxs və heyət üzvləri (cəmi 92 nəfər) olublar.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti