Putinlə Ərdoğanın görüş tarixi bilindi

  • 06 dek 2016, 22:07

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşü 2017-ci ilin birinci rübü üçün nəzərdə tutulub.

 

7news.Az "Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya baş naziri Dmitri Medvedev iki ölkə arasındakı əlaqələrə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

 

"Biz gələcəkdə əməkdaşlığımızı gücləndirmək üçün layihələrin hazırlanması prosesinin sürətləndirilməsi barədə razılığa gəlmişik. Eləcə də gələn ilin birincü rübündə prezidentlər səviyyəsində keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası üçün lazımi sənədləri hazırlayırıq”, - deyə Rusiya baş naziri söyləyib.

 

Oxşar xəbərlər