Obama Fidel Kastronun dəfn mərasimində iştirak etməyəcək

  • 29 noy 2016, 07:51
ABŞ prezidenti Barak Obama Fidel Kastronun dəfn mərasimində iştirak etmək üçün Kubaya səfər etməyəcək.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat Coş Ernest bəyan edib.
 
"Prezident Barak Obama və vitse-prezident Co Bayden dəfn mərasimində iştirak etməyəcək. O ki qaldı dövlət katibi Con Kerriyə, bunu da təsdiq edə bilmərəm. Əgər ABŞ nümayəndə heyəti Kubaya göndərilsə, bununla bağlı əlavə açıqlama veriləcək”, deyə C.Ernest qeyd edib.
 
Demokratik.Az
Oxşar xəbərlər