Tramp Fidel Kastronu mərhəmətsiz diktator adlandırdı

  • 27 noy 2016, 10:42
ABŞ-ın yeni seçilmiş prezidenti D.Tramp, Kubanın keçmiş lideri Fidel Kastro haqqında danışıb. Demokratik.Az xəbər verir ki, prezident onu "diktator" adlandırıb: "Mərhəmətsiz bir diktator idi. Kuba xalqı haqq etdiyi azadlığı artıq yaşaya bilər. Kuba uzun müddətdir davam edən qorxularından uzaqlaşa bilər."

Xatırladaq ki, Fidel Kastro dünən səhərə yaxın 90 yaşında vəfat edib. F. Kastronun vəfat xəbərini Kuba dövlət televiziyasında Raul Kastro açıqlayıb. Kubada matəm elan olunub.
 
Demokratik.Az
Oxşar xəbərlər