Trampı zorakılıqda ittiham edən qadın geri çəkildi...

  • 05 noy 2016, 20:17
Amerika Birləşmiş Ştatlarında prezidentliyə namizəd Donald Trampa qarşı ciddi iddia irəli sürən qadın geri addım atıb.

Ceyn Dou adı altında tanınan həmin qadın Tramp və milyarder Cefri Epşteyni özünə qarşı zorakılıqda ittiham edirdi. Amma o, bu gün məhkəməyə gedərək təqdim etdiyi iddia ərizəsini geri götürüb. Dou 1994-cü ildə, 13 yaşı olarkən Epşteynin evində zorlandığını bildirirdi.


Ceyn Dounun niyə bu iddiadan əl çəkdiyi isə məlum deyil. Bəzi KİV-lər onun təhdid olunduğunu və buna görə qorxduğunu yazırlar. 

Qeyd edək ki, bundan əvvəl bir neçə qadın Trampa qarşı bənzər iddialar səsləndirsələr də məhkəməyə müraciət etməyiblər. Namizəd özü isə bu iddiaları rədd edir, prezident seçiləndən sonra həmin qadınları məsuliyyətə cəlb edəcəyini deyir.

 

Demokratik.Az

Oxşar xəbərlər