Braziliya prezidenti impiçment edildi

  • 31 avq 2016, 22:19

Braziliyanın Federal Senatı vəzifəsindən müvəqqəti kənarlaşdırılan Dilma Rousseffin impiçmentini səs çoxluğu ilə təsdiqləyib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, D.Rousseffin istefasının lehinə 61, əleyhinə isə 20 Senat üzvü səs verib.

Beləliklə, 2018-ci ilin sonunadək ölkəyə vitse-prezident Mişel Temer başçılıq edəcək.

 

Qeyd edək ki, 2011-ci ildən ölkəyə rəhbərlik edən D.Roussefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri "Petrobras” Dövlət Neft Şirkəti ilə bağlıdır. Həmçinin, D. Rousseff büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergilərlə bağlı qanun pozuntularında şübhəli bilinir.

 

Demokratik.Az

Oxşar xəbərlər