İŞİD liderlərindən olan Hafiz Səid öldürüldü

  • 13 avq 2016, 19:07
İraq Şam İslam Dövləti (İŞİD) qruplaşmasının Əfqanıstan və Pakistan liderlərindən olan Hafis Səid Xanın öldürüldüyü iddia edilib. 

Səid Xanın Əfqanıstanın Nangarhar vilayətində, 26 iyul tarixində ABŞ-a aid pilotsuz təyyarələrin bombardmanı zamanı öldürüldüyü deyilir. 

Xəbəri Əfqanıstanın Pakistandakı elçisi Ömər Zakhilval yayıb. ABŞ müdafiə nazirliyinə yaxın mənbələr məlumatı doğrulayıb, amma rəsmi bir açıqlama hələ ki, verilməyib. 

Terror qruplaşması isə Səid Xanın sağ olduğunu iddia edib. 

Oxşar xəbərlər