İraqda neft tədarükünə cavabdeh İŞİD lideri öldürülüb

  • 12 avq 2016, 09:27
İraq və Suriya ərazilərində neft tədarükünə cavabdeh olan İŞİD terror qruplaşmasının lideri öldürülüb.  
 
APA-nın  "Reuters”ə istinadən verdiyi xəbərə görə, daha çox "Hacı Həmid” adı ilə tanınan Sami Cassim əl-Cəburi adlı terrorçu köməkçisi ilə birlikdə İraqın Suriya ilə həmsərhəd Əl-Kaym şəhərinin yaxınlığında öldürülüb.
 
Məlumata görə, əməliyyat İran kürdlərindən ibarət silahlı qruplaşma və ABŞ xüsusi təyinatlılar dəstəsi tərəfindən birgə keçirilib.
 
 Məlumatda həmçinin qeyd olunur ki, əməliyyat İraq hökuməti ilə razılaşdırılıb və İraq ordusunun iştirakı  ilə birgə həyata keçirilib.
 
Demokratik.Az

Oxşar xəbərlər