Xəbər lenti
Bütün xəbərlər

FETÖ-cular bir də məmur ola bilməyəcək

  • 24 iyul 2016, 13:56
Vəzifədən uzaqlaşdırılan FETÖ-cular bir daha məmur ola bilməyəcəklər.
 
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
"Meydanlara axışan bütün vətəndaşlara təşəkkürümü bildirirəm. 15 iyul gecəsi 246 vətən övladı şəhid oldu. Onlar həmin gecə tarix yazdılar. Şübhəsiz, qəlblərimizdə onların yeri daim qorunacaq. İndən belə hər il 15 iyulda şəhidlərin xatirəsini yad edəcəyik. Millətimiz 710 il əvvəl Söyüddə, 563 il əvvəl İstanbulda olduğu kimi, Anadolu torpaqlarında istiqlalı bərqərar etməyi bacardı”, - Ərdoğan bildirib.
 

Qeyd edək ki, uğursuz hərbi çevriliş cəhdinə görə saxlanılan şəxslərin sayı 13 mini ötüb.

 

Demokratik.Az

Oxşar xəbərlər