Almaniyada qanlı olay törədənin fotosu yayılıb

  • 23 iyul 2016, 18:17
Almaniyanın Münhen şəhərində baş verən silahlı insident nəticəsində ölənlərdən 3 nəfəri Türkiyə vətəndaşıdır.
 
Demokratik.Az bildirir ki,Türkiyənin "Milliyet” qəzetinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazirin sözlərinə görə, ölənlərdən üçü Sevda Dağ, Can Leyla , Selçuk Kılıç adlı Türkiyə vətəndaşıdır.
 
Qeyd edək ki, iyulun 22-də Münhendə "Olimpia” ticarət mərkəzinə silahlı hücum edən İran əsilli 18 yaşlı Almaniya vətəndaşı içəridəkiləri atəşə tutub.Nəticədə 10 nəfəri ölüb, 21 nəfər yaralanıb. Şəhərdə fövqəladə vəziyyət elan edilib.
 
Artıq həmin şəxsin fotoları da yayılıb.
Oxşar xəbərlər