Qarabağla bağlı Rusiya-Fransa razılaşması
- 01 iyul 2016, 15:49
Prezidentlərin razılığı barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
ATƏT-in Minsk Qrupu çərçivəsində fəal birgə işin davam etdirilməsi barədə razılığa gəliblər.
ANS PRESS-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan prezidentləri ilə üçtərəfli görüşün yekunları barədə Fransua Ollanda məlumat verib.
Bundan başqa, Rusiya və Fransa liderləri bu görüşdə əldə olunan nəticələrin sülh prosesinin irəliləməsinə kömək edəcəyinə ümidvar olduqlarını bildiriblər. Tərəflər ATƏT-in Minsk qrupu çərçivəsində bu vacib istiqamətdə fəal birgə işi davam etdirməyi razılaşdırıblar.
İyunun 29-da isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov fransalı həmkarı Mark Eyro ilə keçirdiyi görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
Fransanın xarici işlər naziri Mark Eyro Parisdə Sergey Lavrovla görüşdən sonra açıqlamasında deyib ki, Paris Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni danışıqlara ev sahibliyi etməyə hazırdır.
"Biz, həmçinin Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdik. Sergey Lavrov məni Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin Sankt-Peterburq gürüşü barədə məlumatlandırdı. Mən xatırlatdım ki, biz Parisdə yeni müzakirələr üçün meydança verməyə hazırıq", - Eyro bildirib.
Demokratik.Az