Fransisk saxta "erməni soyqırımı"nı niyə tanıdı?

  • 28 iyun 2016, 10:54
Ermənistan səfərindən  qayıdan  Roma Papası Fransisk  təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Jurnalistlərin "hazırlanan mətndə "erməni soyqırımı" ifadəsi yox idi, nədən "soyqırım" sözünü işlətdiniz? Bunun sülh üçün faydalı olacağını düşürüsüz" sualına cavab verən Papa ermənilərə qarşı "soyqırım" işlədildiyini bir daha təkrarlayıb.
 
"Keçən əsrdə 3 belə hadisə olub. Erməni "soyqırımı", Hitlerin  soyqırımı və Stalinin etdiyi soyqırım. Doğrudur , mətndə belə bir cümlə yox idi, amma mən Ermənistanın dövlət başçısının çıxışından çox həyəcanlandım. Düşündüm ki, keçən il söyləmədiyimi bu il də qaçırsan doğru olmaz."

Xocalı soyqırımında birbaşa iştirak edən və bu cinayətini gizlətməyən Sarkisyanı tərifləyən Papa erməniləri "cəsur xalq" adlandırıb.

"Keçən həftə Putin ilə Azərbaycan və Ermənistan  prezidentlərinin birlikdə fotoşəkillərini görməyimə çox sevindim; Ən azından danışırlar.  Razılaşaq,  bir-birimizi bağışlayaq və gələcəyə baxaq. Erməni xalqı çox acı çəkdi." 

Oktyabr ayında Azərbaycana da səfər edəcəyi xatırladılan və  Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanda nələri danışacağı soruşulan Papa bunları deyib.
 
"Azərbaycanlılara həqiqətləri, yəni  Ermənistanda gördüklərimi  və hiss etdiklərimi  deyəcəyəm. Onları da ruhlandıracam . Kiçik bir torpaq parçası üçün ( Papa "kiçik torpaq parçası" dedikdə Qarabağı nəzərdə tutur : red) sülh etməməyin, qaranlıq bir şey mənasına gəldiyini də deyəcəyəm: Amma bunu hamıya deyirəm, Azərbaycanlılara da, ermənilərə də" deyə Papa xiristian təssübkeşliyinə əsaslanan açıqlamasını davam etdirib.

Əslində, Papanın İslamafobiyaya əsaslanan mənasız və məntiqsiz açıqlamalarını o qədər də diqqətə almağa dəyməzdi. Çünki. Papa ola bilsin ki. ermənilər üçün bir nəsnədir, amma azərbaycanlılar üçün bu zatın heç bir önəmi yoxdur. Katolik kilsəsində baş verən uşaqbazlıq qalmaqallarına cavab verə bilməyən  Fransiskin  azərbaycanlılara və ümumiyyətlə dünyaya hər hansısa mesajlar verməyə cəhd etməsi sadəcə, ağlasığmazdı. 

Fəqət bir neçə xüsus var ki, bunları diqqətə çatdırmaqda fayda vardır. Əvvəla, Roma Papası 1915-ci ildə 1-ci dünya müharibəsi zamanı baş vermiş olayları  "soyqırım" kimi qiymətləndirir, amma yaxın tariximizdə Xocalıda baş vermiş  soyqırımı görməzdən gəlir. 1915-ci ildə baş vermiş olayların əslini  yalnız arxiv sənədlərindən axtarmaq mümkündür. Türkiyəni ndəfələrlə tələb etməsinə baxmayaraq, erməni tərəfi arxivlərin açılmasında maraqlı deyil. Xocalı  soyqırımını qəbul etmək üçün isə heç bir arxiv sənədlərinə ehtiyac yoxdur. Soyqırımı sübut edən videolar, fotolar, şahidlər var. Üstəlik katoliklərin ruhani lideri bu soyqırıma rəhbərlik edən Ermənistan prezidentini "cəsur adam" adlandırır.  Hələ üstəlik də Qarabağ münaqişəsindən danışarkən erməniləri "acı çəkən xalq" kimi qiymətləndirir. Bu nə deməkdir? Bunun açıq mənası " Ey erməni xalqı Qarabağda etdiyiniz vəhşiliklərə tam dəstək verirəm" deməkdir. 

Məsələ təkcə Qarabağda törədilən vəhşiliklərlə də bitmir. Katolik liderin gözləri önündə demək olar ki hər il  müsəlman coğrafiyasında soyqırımlar baş verir. Məsələn,bir neçə gün öncə açıqlanan bir hesabatda  məlum olub ki, son 1 ildə ABŞ-ın rəhbərlik etdiyi Qərb koalisiyasının bombardımanları nəticəsində  İraqda 15 min insan qətlə yetrilib. Özü də bombardımanlar nəticəsində öldürülənlərin əksəriyyəti əsgərlər, polislər, dinc sakinlər , uşaq və qadınlardır. Papanın bunu soyqırım adlandırmağa cəsarəti çatarmı? Və yaxud da, ötən əsrin ən böyük soyqırımlarından biri, fransızların Əlcəzairdə törətdiyi insanlıq dramı, Fransisk bundan niyə danışmır? 

Bütün bunları görməyən Papa Azərbaycanın qədim torpağı Qarabağ haqqında danışarkən nədən "kiçik bir torpaq" ifadəsini işlədir. Özü də bunu elə bir şəxs deyir ki, onun idarə etdiyi Vatikan Qarabağın ən kiçik kəndindən belə ərazicə kiçikdir. 

Bir daha qeyd edək ki, fəaliyyəti  boyunca hər hansısa bir münaqişəni həll etməsi ilə tarixdə imzasını atmamış, pedofil qalmaqalları ilə gündəmə gələn  Fransiskin  dediklərinin Azərbaycan üçün  zərrə qədər də əhəmiyyəti yoxdur. Elə cəmi bir neçə gün öncə, Azərbaycan prezidenti İlham Əliyev erməni terrorçularına heç bir güzəşt edilməyəcəyini bir daha qeyd etdi. Prezidentin  son çıxışı qalibin məğlub üzərindəki diqtəsi idi. Axı, Sarkisyan və onun xalqı apreldə baş verənləri hələ unutmayıb. Aprel əməliyyatları göstərdi ki, erməniləri heç bir dövlət, lider qurtara bilməz, elə Papa da...
Avropa.info
Oxşar xəbərlər