Qızına 23 il təcavüz edən ata sərbəst buraxıldı

  • 21 may 2016, 08:59
Yeni Zellandiyada 23 il boyunca qızına fərqli işgəncələr verərək ona təcavüz edən ata, 15 il həbs yatdıqdan sonra sərbəst buraxılıb. 

Bizimyol.info xəbər verir ki, Yeni Zellandiyanın ən qorxunc pedofili Ronald Van der Plaat, 15 il həbs yatdıqdan sonra sərbəst buraxılıb. Artıq 82 yaşında olan Plaat, 2001-ci ildə qızına 23 il boyunca təcavüz etdiyini etiraf etmişdi. 

Plaat qızı 9 yaşında olarkən ona təcavüz etməyə başlayıb və bu dəhşətli proses 23 il boyunca davam edib. Plaat qızına fərqli işgəncələr tətbiq edib. O, hətta qızını ayağından bağlayaraq tavana asıb, başına torba keçirərək ona təcavüz edib. 

Adı məhkəmə qərarı ilə gizli tutulan qız, saxta "Darke" adı ilə yazdığı kitabında başına gələnləri qələmə alıb. O, 12 yaşında atasından hamilə qaldığını və illərlə gördüyü əzablı günləri kitabında qeyd edib.  

Qeyd edək ki, Plaata 24 il həbs cəzası verilmişdi. Lakin sonradan onun cəzası 15 ilə endirilmişdi. Daha sonra isə 2010-cu ildə şərti olaraq azadlığa buraxılmışdı. Lakin sərbəst qaldıqdan 2 il sonra gənc bir qadınla əl-ələ görüldüyü üçün o, yenidən həbsxanaya salınmışdı. 

Plaat azadlığa buraxıldıqdan sonra paytaxt Auclanddakı evinə dönəcək və 6 ay boyunca ona elektronik qandal vurulacaq. Plaatın məktəb və parklara yaxınlaşması da qadağan edilib. Həmçinin Plaatın qonşuları onun cinayətləri ilə bağlı məlumatlandırılıb. 

Qaydaları pozduğu təqdirdə 82 yaşlı Plaatı yenidən həbsxana gözləyir.

Teymur
Bizimyol.info
Oxşar xəbərlər