Xəbər lenti
Bütün xəbərlər

İsraildən ikinci dərəcəli terror xəbərdarlığı

  • 09 apr 2016, 11:58
İsrail, terror hücumu riski səbəbiylə vətəndaşlarına ən qısa zamanda Türkiyəni tərk etmələrini məsləhət görüb. 

Avropa.info xəbər verir ki, İsrailin Terrorla Mübarizə Bürosu, Türkiyədəki terror təhdidinin "konkret və yüksək”-ə bərabər olan 2-ci səviyyədə olduğunu açıqlayıb. 

Büronun verdiyi açıqlamada "Vəziyyətin dəyərləndirilməsindən sonra, Türkiyədəki terror təhlükəsinin səviyyəsinin qəti olaraq yüksək olduğunu qənaətinə gəldik" deyə bildirilir. 

İsrailli turistlərə mümkün olan ən qısa müddətdə Türkiyəni tərk etmələri tövsiyə olunan açıqlamada "Ölkədə yaxın zamanda terror hücumu gözlənilir. Bu hücumun Türkiyədəki bütün turistik yerləri ehtiva etdiyini vurğulayırıq" ifadələri yer alıb. 

İstanbuldakı İstiqlal prospektində 19 mart tarixində meydana gələn hücum zamanı üç İsrail vətəndaşı və bir iranlı turist həlak olmuş, Terrorla Mübarizə Bürosu Türkiyəyə səfər etmək istəyənlərə 3-cü dərəcəli xəbərdarlıq etmişdi. 

Oxşar xəbərlər