BƏƏ-də 12 binadan ibarət yaşayış kompleksi yanır

  • 29 mart 2016, 09:32
Birləşmiş Ərəb Əmirliklərində, Əcman və Şərca əmirlikləri sərhədində yaşayış kompleksi yanır.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hazırda alov 12 binadan 2-sini əhatə edib, yanğının ətrafa yayılma təhlükəsi var.
 
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, sakinlər evakuasiya olunur. Hadisənin başvermə səbəbləri və zərərçəkənlər barədə hələ ki, məlumat verilmir.
 
Demokratik.Az
Oxşar xəbərlər