Prezident hamilə qadını yanan maşından necə çıxardı?

  • 23 mart 2016, 09:25
Gürcüstan prezidenti Georqi Marqvelaşvili yolda yanan maşının içərisində olan hamilə qadını xilas edib.

Virtualaz.org Gürcüstan KİV-nə istinadən bildirir ki, bu barədə hadisənin şahidi olan rejissor Qiqi Kitiya Facebook-da yazıb.

"Mən dəhşətli qəzanın şahidi oldum. Hamilə qadının idarə etdiyi maşın yanacaqdoldurma stansiyasına yaxın ərazidə digər avtomobillə toqquşdu, nəticədə maşın yanmağa başladı. Hamilə qadını avtomobildən xilas etməyə çalışan isə prezident oldu. O, öz təhlükəsizliyini düşünmədən maşınındakı yanğınsöndürən alətindən istifadə etməyə çalışdı. Daha sonra ətrafdakıların köməyilə qadın huşsuz vəziyyətdə avtomobildən çıxarıldı. Mən baş verənləri lentə aldım, lakin görüntüləri yaymaq hüququm olmadığını düşündüm”, - deyə Kitiya bildirib.

Onun sözlərinə görə, insidentin görüntüləri yaxın zamanlarda telekanallardan birində yayımlanacaq.

Qeyd edək ki, xəbəri prezidentin mətbuat və mühafizə xidmətləri də təsdiqəyiblər.
 
Demokratik.Az