Xəbər lenti
Bütün xəbərlər

Hollandiyada kilsələr satışa çıxarıldı

  • 21 mar 2016, 19:34
Hollandiyada aparılan bir araşdırma dinə olan marağın azaldığını göstərib.
 
Xarici medianın yaydığı xəbərə görə,Hollandiya Katolik Kilsəsi kilsələrə gələn əhalinin az olduğunu əsas gətirərək bir çox kilsəni satışa çıxarıb.
 
Ölkədəki 1700 kilsənin təxminən yarısı satılıb və ya yeni sahibini gözləyir. Satılan kilsələrin xarici görünüşündə dəyişikliklərin edilməsi qanunla qadağan edilsə də, içərisi lüks iqamətgaha, yaxud da ofislərə çevrilir.
 
Araşdırmaya qatılan insanların 25 faizi ateist olduğunu söyləyib. Yalnız 13 faizi cənnətin olduğuna inandığını, 82 faizi isə həyatında heç vaxt kilsəyə getmədiyini bildirib.
 
Demokratik.Az
Oxşar xəbərlər