Demokratik TV
Xəbər lenti
Şimali Koreyanın bu qərarı dünyanı silkələyir
- 21 mart 2016, 19:29
Yanvar ayında Şimali Koreyanı gəzməyə gələn 21 yaşlı Varmbier adlı ABŞ vətəndaşı, başına bəla açıb. Bizimyol.info xəbər verir ki, 21 yaşlı gənc qaldığı hotelin eyvanındakı lövhəni çıxarıb. O, həmin löhvəni dostlarına xatirə olaraq aparmağı düşünüb. Lakin Şimali Koreya polisi onu həbs edib. Varmbierin ifadəsi alınıb və o hakim qarşısına çıxarılıb. 21 yaşlı amerikalı gənc, ölkənin birliyini pozmaqda və hökuməti devirmək cəhdində təqsirləndirilib. Amerikalı gəncə 15 il ağır işlərdə işləmək cəzası verilib. Qərar Ali Məhkəmə tərəfindən verilib. Eyvandan sökdüyü löhvəyə görə saatlarla ifadəsi alınan gənc, keçirilən mətbuat konfransında ağlayara Şimali Koreya xalqından üzr istəyib və böyük cinayət işlədiyini məcbur qəbul etməli olub. Varmbier, həyatının ən böyük səhvini etdiyini deyib.
Varmbierə verilən cəza, ABŞ diplomatı Bill Richardsonun Şimali Koreya səlahiyyətliləri ilə New-Yorkdakı görüşündən sonra açıqlanıb. Varmbierin sərbəst buraxılması üçün çalışan Bill Richardson, heç bir nəticə əldə etməyib. ABŞ və Şimali Koreya arasında görüşmələr davam etməsə, 21 yaşlı gənc 15 il ağır işlərdə çalışacaq və ölkəsinə 15 ildən sonra geri dönəcək.
Teymur
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti