Türkiyə 3 "canlı bomba" axtarılır

  • 21 mart 2016, 12:36
Martın 20-də "Qalatasaray” və "Fənərbaxça” futbol klubları arasında keçirilməsi nəzərdə tutulan oyun bitdikdən sonra stadiondan çıxacaq azarkeşlərə qarşı terror aktları törətməyi planlaşdıran 3 "canlı bomba” axtarılır.
 
"Hürriyet” qəzetinin verdiyi məlumata görə, təhlükəsizlik orqanları İŞİD-in terror planını həyata keçirmək üçün Türkiyəyə 3 "canlı boma”  göndərdiyi barədə kəşfiyyat məlumatı əldə ediblər.
 
İstanbulla bağlı terror planını Ankarada 102 nəfərin həyatını itirdiyi terror aktını planlaşdıran İŞİD-in Qaziantep "əmir”i olan "Ebu Ali” kod adlı Yunus Durmazın hazırladığı üzə çıxıb. Ankarada törədilən terror aktı ilə əlaqədar axtarılan və haqqında qiyabi həbs qərarı verilən Y. Durmazın Suriyadan Türkiyəyə keçdiyi, İstanbulda olduğu müəyyənləşdirilib. Aparılan bütün axtarışlara rəğmən İstanbulda izinə rast gəlinməyən Y.Durmaz ilə birlikdə axtarılan digər iki İŞİD-çi isə Hacı Ali Durmaz ve Savaş Yıldızdır. Bu gün hər 3 terrorçunun fotoşəkilləri bu gün mediaya da paylanıb.
 
Qeyd edək ki, terror təhlükəsi ilə əlaqədar dünən "Qalatasaray”-"Fənərbaxça” oyunu təxirə salınıb.

APA
 
Oxşar xəbərlər